RU

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

Bakı. Trend:

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

Trend xəbər verir ki, bubarədə AMB məlumat yayıb.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarıilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faizdəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməzsaxlanılıb.

Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktikivə proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, daxili vəxarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunub.

Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%)daxilində qalmışdır. Belə ki, 2024-cü ilin sentyabr ayında 12 aylıqinflyasiya 3.5%, ərzaq malları üzrə inflyasiya 2.9%, qeyri-ərzaqmalları üzrə 1.9%, xidmətlər üzrə 5.7% təşkil edib. Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdəqalmasını dəstəkləyən əsas amillərdən biri olub. İllik bazainflyasiya isə 2.9% təşkil edib.

İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. İlin ötəndövründə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 10ayında 4.9%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavətöhfə verib.

Tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponentiolan xarici ticarət balansında 2024-cü ilin 9 ayında 5.2 mlrd. ABŞdolları məbləğində müsbət saldo qeydə alınıb. Yenilənmişproqnozlara görə cari əməliyyatlar balansında profisitin 2024-cüildə sonuna 5.3 mlrd. ABŞ dolları, 2025-ci ilə isə 5.5 mlrd. ABŞdolları olacağı gözlənilir.

Cari ildə valyuta bazarında sabitlik qorunmuş, Mərkəzi Bankıntəşkil etdiyi valyuta hərraclarında tələb tam təmin edilmişdir.Ümumilikdə valyuta bazarı profisitli tədiyə balansı şəraitindəfəaliyyət göstərir. Bununla belə ötən ay Mərkəzi Bank tərəfindənxarici valyutada dövlət xərclərinin (dövlət layihələri vətədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması vədigər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 mln.ABŞdolları məbləğində xüsusi satış olmuşdur. Beləliklə, Mərkəzi Bankınvalyuta ehtiyatları 10 ayda 241 mln. ABŞ dolları azalmışdır.Valyuta satışı Mərkəzi Bank tərəfindən 2023-cü ildə valyutabazarından alınmış 2.1 milyard ABŞ dolları həcmində xarici valyutahesabına aparılmışdır. Valyuta satışı əvvəlki illərdə alış yönlüvalyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsinisterilizasiya etməyə imkan verir ki, bu da ortamüddətli dövrəmakroiqtisadi dayanıqlığı dəstəkləyir.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər vəbank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərəalınmaqla tətbiq edilir. Mərkəzi Bank hökumət hesablarıqalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirininəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarınınhəcmini kəskin azaldıb. Mərkəzi Bankın emissiya etdiyi notlarınhəcmi cari ilin ötən dövründə 3 dəfədən çox azalıb. Oktyabr ayında1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) müvafiqolaraq 7.48% olmaqla faiz dəhlizinin daxilində formalaşıb.Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. 1 gün ərzində baştutan əməliyyatların orta həcmi oktyabrda 673 mln. manat olub.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətlidəyişikliklər baş verməsə də, potensial olaraq inflyasiyatəzyiqləri yarada biləcək qlobal iqtisadi qeyri-müəyyənliklərqalır. Mövcud geosiyasi gərginlik fonunda tədarük zəncirlərində vəbeynəlxalq daşımalarda fasilələr hələ də davam edir. Bu şəraitdəbeynəlxalq bazarlarda əmtəə qiymətlərində mümkün dəyişkənlik idxalinflyasiyasının artması riskləri yaradır. Aparıcı iqtisadiyyatlardamonetar şərait yumşalmağa başlasa da, ümumilikdə sərt olaraq qalır.İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərcamillərinin aktivləşməsi, habelə büdcə xərclərinin artımı (cariilin 9 ayında ö.i.m.d.n. 8.4%) və kredit qoyuluşlarınıngenişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir. Qeydedək ki, son 1 il ərzində bank sisteminin kredit portfeli 19.9%, ocümlədən biznes kredit portfeli 19.3% artmışdır.

Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonudaxilində saxlanılmasına və inflyasiya gözləntilərininsabitləşdirilməsinə yönəlib. Mövcud siyasətlə baza ssenari üzrə2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəfdaxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, yenilənmişoktyabr proqnozlarına görə illik inflyasiyanın 2024-cü ilin sonuna5.1%, 2025-ci ildə isə 5.8% olacağı gözlənilir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktikivə proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinindinamikasından asılı olacaqdır. Mərkəzi Bank davamlı olaraq gedəniqtisadi prosesləri və maliyyə bazarlarını izləyir və qiymətsabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadəedəcək.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədəməlumat 2024-cü il dekabr ayının 18-də ictimaiyyətəaçıqlanacaq.

Избранный
32
8
az.trend.az

10Источники