RU

Bu ilin III rübündə cari əməliyyatlar hesabının profisiti 5 mlrd. dolları ötüb

Bakı. Trend:

Tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponentiolan xarici ticarət balansında 2024-cü ilin 9 ayında 5.2 mlrd. ABŞdolları məbləğində müsbət saldo qeydə alınıb.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Qeyd edilib ki, yenilənmiş proqnozlara görə cari əməliyyatlarbalansında profisitin 2024-cü ilin sonuna 5.3 mlrd. ABŞ dolları,2025-ci ilə isə 5.5 mlrd. ABŞ dolları olacağı gözlənilir.

Qeyd edək ki, Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarınıaçıqlayıb. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətininqərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%,faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməzsaxlanılıb.

Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktikivə proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, daxili vəxarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunub.

Məqalədə:
Избранный
44
1
az.trend.az

6Источники