RU

Səfərlinin Bavariyada ikinci heç-heçəsi

Azərbaycanlı qrossmeyster Eltac Səfərlinin iştirakı ilə Almaniyada keçirilən şahmat üzrə 26-cı Açıq Bavariya Çempionatı davam edir.

İdman.biz xəbər verir ki, həmyerlimiz ilk turlarda qazandığı 4 qələbədən sonra ardıcıl iki oyunda heç-heçə edib.

6-cı turda Eltac Elham Amarla (Norveç) xalları bölüşüb. O, 5 xal toplayaraq lider Dmitri Kollarsdan (Almaniya) yarım xal geri qalaraq 3-cü yerdədir.

Yarışda 30 ölkədən 150 şahmatçı mübarizəyə qoşulub.

İdman.biz

Избранный
24
idman.biz

1Источники