RU

Tramp ABŞ-ı “axmaqlar ölkəsi” adlandırdı- ÖZƏL

ABŞ-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olan Donald Tramp, məşhur teleaparıcı Taker Karlsona verdiyi müsahibədə hazırkı administrasiyanı kəskin şəkildə tənqid edib. 

Olaylar.az xəbər verir ki, o, ABŞ-ı "axmaqlar ölkəsi" adlandıraraq, onu idarə edənlərin də "axmaq" olduğunu bildirib.

Tramp daha sonra prezident Co Baydenin siyasətini sərt ifadələrlə tənqid edib. Baydeni "axmaq əclaf" adlandıran Tramp, onun ölkəni məhvə sürüklədiyini söyləyib.

Xatırladaq ki, ABŞ-də  prezident seçkiləri 5 noyabrda keçiriləcək. Seçkidə Respublikaçılar Partiyasından Donald Tramp, Demokratlar Partiyasından isə Kamala Harris namizəd kimi iştirak edəcək. ABŞ-ın siyasi analitikləri hər iki namizədin qələbə şanslarının bərabər olduğunu vurğulayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
65
olaylar.az

1Источники