RU

Mərkəzi Bank iqtisadi artım proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankı qeyri-neft sektoru üzrə iqtisadi artım proqnozunu yaxşılaşdırıb.

"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirdiyi məcbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib. O deyib ki,Mərkəzi Bank bu ilin sonuna iqtisadi artım proqnozunu 2024-cü il üzrə 3,9%, 2025-ci il üzrə 3,3% müəyyən edib.

Qeyri-neft sektoru üzrə iqtisadi artım proqnozu bu il üzrə 6,5%, 2025-ci il üzrə 5,1% gözlənilir. AMB-nim bundan əvvəlki proqnozu müvafiq olaraq 5,7%, və 4,4% təşkil edib.

“Buna səbəb ev təsərrüfatları və dövlət sektorunda istehlakın artmasıdır” - Taleh Kazımov əlavə edib.

Избранный
42
apa.az

1Источники