RU

Deputat: “Ölkəmiz yeni mərhələyə daxil olub”

“Azərbaycan xalqı 4 il bundan əvvəl böyük birlik və həmrəylik nümayiş etdirərək möhtəşəm qələbəsini təmin etdi”.  

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov deyib. 

O bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqı işğala son qoyaraq öz tarixində yeni bir səhifə açdı:

“Artıq ölkəmiz yeni mərhələyə daxil olub. Bu mərhələnin ən önəmli istiqamətlərindən biri də ölkəmizdə ideoloji işin gücləndirilməsidir.

Proseslərin təhlili Azərbaycanın inkişafını bir sıra ölkələr və beynəlxalq təşkilatlar ölkə gənclərinin düşüncələrinə təsir etmək, vətənpərvərlik hisslərini zəiflətmək, dövlətçilik mövqeyini zəiflətmək üçün çox ciddi cəhdlər göstərdiklərini göstərir.

Bu məqsədlə bir sıra layihələr həyata keçirir, ciddi maliyyə vəsaitləri ayırırlar. Bu özünü bir sıra Qərb dövlətlərinin ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, gender bərabərliyinin təmin olunması, eyni zamanda bir sıra müsəlman ölkələrinin ölkəmizdə həyata keçirmək istədikləri dini təbliğatda da açıq göstərir.

Bu prosesin nə qədər təhlükəli olduğunu və acı nəticələrə gətirib çıxardığını bir sıra müsəlman ölkələrində gedən proseslərdən görmək açıq-aydın mümkündür. Qonşu Gürcüstanda keçirilən seçkilərdə də biz bu cür layihələrin bu və ya digər formada təsir və nəticələrini gördük”.

Onun sözlərinə görə, uzun illər ölkəmizdə aparılan təbliğat və kampaniya böyük nəticə verməsə də, onlar az sayda olsa da Azərbaycan gəncinin düşüncə və fikirlərini zəhərləməyə nail olublar:

“Bu gün az sayda olsa da, yeni gəncliyin yetişdiyini, onların əgər demək mümkünsə fərqli dəyərlərə sahibləndikləri özünü açıq-aydın göstərir.

Bütün bunlar nəzərə alınaraq ölkəmizdə ideoloji iş daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyan məsələlərdəndir. Bu iş bütün sahələrdə, xüsusilə orta və ali təhsil müəssisələrində, mediada daha sistemli formada aparılmasına ciddi ehtiyac var.

Düşünürəm ki, bu istiqamətdə ayrıca dövlət proqramının qəbul edilməsinə ehtiyac var. 

Bu istiqamətdə iş daha da gücləndirilmədiyi təqdirdə getdikcə gəncləri vətənpərvər və dövlətçiliyə sadiq ruhda yetişdirmək çətin olacaq”.

Избранный
35
4
cebheinfo.az

5Источники