RU

NİDA Hərəkatının fəalı Mete Türksoy həbs edilib

NİDA Vətəndaş Hərəkatının fəalı Mete Türksoy inzibati qaydada 30 sutka həbs edilib. O, "xırda xuliqanlıq" və "polisə tabe olmamaq"da ittiham olunub.

Onun tərəfdaşları həbsin siyasi motivli olduğunu düşünürlər.

Türksoy oktyabrın 30-da saat 19.00-a yaxın "Nizami" metro stansiyasının yaxınlığında  saxlanılıb, NİDA Hərəkatından bildiriblər.

Onun saxlanılmasının səbəbi "Nizami" metrosunun girişində polis əməkdaşları ilə mübahisə etməsidir.

Türksoy çantasını skaner lentinin üzərinə qoysa da, polis bunu təkrarlamasını tələb edib ki, bu da gəncin əsəbiləşməsinə səbəb olub.

Onu polisə aparıblar və bir gün sonra Yasamal Rayon Məhkəməsi onu 30 sutka inzibati həbs cəzasına məhkum edib, Hərəkatda bildiriblər.

"Biz hesab edirik ki, Mete Türksoyun siyasi səbəblərdən başlamayan həbsi sonradan siyasi çalar alıb. Çünki adi bir hadisəyə görə bir gün polisdə saxlayıblar və sonra göstərilən  qanun pozuntularına görə mümkün olan maksimum cəzanı təyin ediblər. Həbsin əsl səbəbi Metenin ictimai və siyasi fəaliyyətidir, sosial şəbəkələrdə tənqidi yazılardır", - Hərəkatda qeyd ediblər.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Mete Türksoy fəal vətəndaş mövqeyilə tanınır. Əvvəllər siyasi məhbusların müdafiəsilə bağlı etiraz aksiyalarına görə saxlanılıb.

Избранный
56
turan.az

1Источники