RU

Muzdlular geri çəkilən döyüşçüləri güllələyirlər?

Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin komandirləri, eləcə də Xarkov vilayətindəki Kupyansk şəhərinin hakimiyyət orqanları rus qoşunlarının hücumu fonunda şəhəri tərk ediblər. Ərazidə yalnız muzdlular və talançılar qalıb. Bu barədə Rusiya mediasına Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski məlumat verib.

Onun sözlərinə görə, hazırda şəhərdə nə hərbi komandirlər, nə də mülki idarələr var.

Kənddə Polşa, Bolqarıstan, Almaniya və Kanadadan olan muzdlular gizləniblər. Vodolatski iddia edir ki, muzdlular ehtiyat və ya cəza dəstələri kimi çıxış edir, səfərbər edilmiş ukraynalı döyüşçülər geri çəkildikdə və ya ruslara əsir kimi təslim olmağa cəhd etdikdə onları güllələyir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
19
news365.az

1Источники