RU

DSMF: Sosial şəbəkələr vasitəsilə 28 minədək vətəndaş müraciəti cavablandırılıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə bu ilin yanvar-oktyabr ayları ərzində 27 min 678 vətəndaş müraciəti cavablandırılıb.

Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.

Müraciətlərin 11 min 419-u ünvanlı dövlət sosial yardımı, 6 min 469-u pensiya təyinatı, 6 min 241-i sosial müavinət və təqaüd, 279-u sosial sığorta və fərdi uçot, 3 min 270-i isə digər istiqamətlər üzrə olub.

Избранный
70
yeniazerbaycan.com

1Источники