RU

"İslam bankçılığı ilə bağlı bir bank müraciət edib"

İslam maliyyə pəncərəsinin açılması ilə bağlı bir bank bizə müraciət edib.

FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, İslam bankçılığının yaradılması zamanə hüquqi bazaya baxılmalıdır və ilk olaraq biz İslam pəncərəsinin yaradılmasını nəzərdə tuturuq. Biz bu məhsulun test edilməsi üçün 6 ay 1 il vaxt sərf edirik.

Hal-hazırda bir bankla xüsüsi tənzimləmə rejimində, test rejimində islam pəncərəsinin fəaliyyəti ilə bağlı danışıqlar aparırıq. Tam İslam bankçılığının yaradılması, hüquqi bazanın təşkili minimum 3-5 il təşkil edir. Əgər görsək ki, tələb artır bu yöndə, biz də bu sahədə işimizi sürətləndirəcəyik.

Bizim məqsədimiz əhalinin maliyyə alətlərinə çıxışının artırılmasını təmin etməkdir.

Избранный
42
fed.az

1Источники