RU

Astronavtlar seçki zamanı minlərlə kilometr məsafədən necə səs verirlər?

ABŞ-da seçki yarışı artıq son mərhələyə qədəm qoyub. Noyabrın 5-də keçiriləcək seçkilərdə vətəndaşlar seçkiyə gedəcək. Ancaq səsvermə hüququ olan bəzi vətəndaşların seçkiyə getmək imkanı yoxdur. Bir çox insanlar səs verməyə vətəndaşlıq borcu kimi baxırlar. Bu hüquqa malik olanlar çətin də olsa azad seçimlərini etmək üçün hər cür cəhd edirlər. Ancaq səs vermək istəyən şəxs kosmosdadırsa, işlər daha da mürəkkəbləşir. Bəs kosmosdakı astronavtlar necə səs verirlər?

Səsvermə, bir çox ölkələrdə məcburi olmasa da, vətəndaşlıq borcu kimi qəbul edilir. Ancaq bəzən şərait bu prosesi çətinləşdirə bilər.

1971-ci ildən bəri kosmonavtlar kosmosda adətən etibarnamə ilə və gizli səsvermə olmadan səs verirlər. Fransız astronavt Tomas Peske 2017-ci ildə həmkarına səsvermə hüququ verərək kosmosdan səs verən ilk insanlardan biri oldu. Lakin ABŞ astronavtları bu prosesdə birbaşa səs verməyə üstünlük verirlər.

ABŞ astronavtı kosmosdan səs vermək istədikdə əvvəlcə Federal Poçt Kartı Ərizəsini dolduraraq uzaqdan səs vermək üçün icazə almalıdır.

Bu icazə ilə astronavtlar Beynəlxalq Kosmik Stansiyada (BKS) elektron səsvermə bülleteni doldururlar.

Səsvermə bülletenləri şifrələnir, BKS-də kompüterə yüklənir və NASA-nın Peyk İzləmə və Məlumat Ötürmə Sistemi vasitəsilə Yerə göndərilir.

Kosmosdan iki dəfə səs verən yeganə astronavt Kathleen Rubins olmuşdur. O, həm 2016, həm də 2020-ci il seçkilərində səs verərək yeni bir çığır açmağı bacarıb.

Kosmosda səsvermə prosesi həm texniki, həm də hüquqi çətinliklər yaradır. Buna baxmayaraq səsvermə prosesi azadlığın qorunmasında mühüm addım hesab olunur.

Oxuməni.az

Избранный
48
oxumeni.az

1Источники