RU

Dövlət Komitəsinin sədri Binəqədi rayonunda yerləşən məscidlərdə din xadimləri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 1-də Binəqədi qəsəbə Came, Biləcəri qəsəbəsi I məhəllə və Binəqədi rayonu “Həzrəti İmam Əli” məscidlərini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

Dövlət Komitəsinin sədri din xadimləri ilə görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin ən uğurlu modellərindən birinin yaradıldığını qeyd edib. Bildirib ki, dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması milli-mənəvi dəyərlərimizə olan yüksək münasibətin bariz nümunəsidir. Dini etiqad azadlığının ən yüksək səviyyədə təmin olunduğuna diqqət çəkən Ramin Məmmədov vurğulayıb ki, dini sahədə dövlət siyasəti dünyəvilik, vicdan və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslanır. Ölkəmizdəki dini dözümlülük mühiti müxtəlif millətlər və dini konfessiyalar arasında həmrəyliyi, dinc yanaşı yaşamanı təmin edir.

R.Məmmədov qeyd edib ki, dövlət-din münasibətləri modelinin və mütərəqqi dini dəyərlərin əhəmiyyətinin ictimai fikrə çatdırılması üçün dini maarifləndirmə işinin səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Bu sahədə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. 

Azərbaycanda dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərin geniş əhəmiyyətə malik olduğunu bildirən din xadimləri ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, dini konfessiyaların dövlətin qayğısı ilə əhatə olunmalarından məmnunluqlarını ifadə ediblər. Din xadimləri dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən diqqəti yüksək dəyərləndirdiklərini qeyd edərək, məscid və dini icmaların fəaliyyəti ilə bağlı təkliflərini səsləndiriblər.

Избранный
63
4
xalqqazeti.az

5Источники