RU

Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşdü

Noyabrın 1-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.

Teleqraf.com xəbər verir ki, görüşdə ARVK sədri Anar Bağırov çıxış edərək vəkil köməkçilərini salamlayıb, onların gələcək fəaliyyətində uğurlar arzulayıb.

Vəkil köməkçilərinin vəkillik fəaliyyətində rolu və əhəmiyyətindən danışan sədr ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə vurğulayıb.

Anar Bağırov hazırda ARVK-da 400-dən çox vəkil köməkçilərinin fəaliyyət göstərdiyini, Kollegiya hər zaman onların fəaliyyətinə, peşə hazırlığının artırılmasına xüsusi diqqət yetirdiyini bildirərək xatırladıb ki, Rəyasət Heyətinin 14.10.2024-cü il tarixli qərarı ilə vəkil köməkçilərinin vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə tutulan ödənişdə güzəşt olunub.

Həmçinin tövsiyələrini çatdıran sədr onların vəkil köməkçisi kimi fəaliyyətlərinin təcrübi biliyə yiyələnməsində faydalı olacağını qeyd edib.

Sonda vəkil köməkçilərinə vəsiqələr təqdim edilib.


Müəllif: Teleqraf.com
Избранный
27
11
teleqraf.com

10Источники