RU

Meksikada "Halloween" ilə bağlı xəbərdarlıq olundu

Meksikada dəstə zorakılığına görə insanlardan "Halloween" bayramında maska ​​və kostyum geyinməmək tələb edilib.

Bakıvaxtı.az "Son Dakika"ya istinadən xəbər verir ki, bu barədə İctimai Təhlükəsizlik naziri Gerardo Merida Sançez açıqlama verib.

O, Meksikanın Sinaloa əyalətində qrup zorakılığı hadisələrinin sayının artmasını əsas gətirərək, insanlara  "Halloween"da maska ​​və ya kostyum geyinməmək barədə xəbərdarlıq edib. 

"Kostyum və ya maska ​​taxmayın, saxta silah gəzdirməyin və ya cinayətkar kimi poza verməyin. Gecə gec saatlarda çöldə qalmayın", - deyə Sançes qeyd edib.

Gülşən Şərif
 

Избранный
51
bakivaxti.az

1Источники