RU

Vaşinqton Pekindən nə xahiş edib? - DETALLAR

ABŞ hakimiyyəti Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün qoşun göndərməyi dayandırmaq məqsədilə Pekindən Şimali Koreyaya təsir göstərməsini xahiş edib.

 “Cebheinfo.az” xəbər verir ki, “New York Times” bir neçə yüksək vəzifəli Amerika rəsmisinə istinadən belə məlumat verir.

Rəsmilərdən biri bildirib ki, Vaşinqton bu həftə Şimali Koreya qoşunları məsələsini gündəmə gətirib.

Sonuncu dialoq oktyabrın 29-da dövlət katibinin müavini Kurt Kempbel, Dövlət Departamentinin Asiya üzrə baş mütəxəssisi Daniel Kraytenbrink və Dövlət Katibinin köməkçisi Ceyms O'Brayen səfir Xay Fenqin evində Çin diplomatları ilə bir neçə saat çörüş keçirərkən baş verib.

Həmin gün ABŞ-nin dövlət katibi Antoni Blinken Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermakla Çinin Şimali Koreya ilə bağlı səylərini müzakirə edib.

Blinken bildirib ki, o, Rusiyanın Şimali Koreya qoşunlarını yaxın günlərdə döyüşə göndərəcəyini və bu zaman onların Ukrayna üçün qanuni hərbi hədəfə çevriləcəyini gözləyir.

Prezident Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ agentliklərini narahatlıqlarını Çinə çatdırmağa və mümkün nəticələri vurğulamağa çağırıb. Başqa bir ABŞ rəsmisi belə deyib.

Vaşinqton ümid edir ki, Pekin Şimali Koreya lideri Kim Çen Inı Ukraynaya əsgər göndərməsini məhdudlaşdırmağa və ya dayandırmağa inandırmağa çalışacaq.

Amerika rəsmiləri və analitikləri Rusiya, Çin və Şimali Koreyanın ideoloji baxımdan ABŞ-a qarşı olduqlarını bildirirlər.

Onlar həmçinin qeyd edirlər ki, Çin qrupdakı ən güclü dövlət kimi iqtisadiyyatını dəstəkləmək üçün Pekindən asılı olan Rusiya ilə Şimali Koreya arasında yeni əlaqələrdən narahatdır. 

Nəşrə açıqlama verən analitiklərin fikrincə, Avropa ölkələri Şərqi Asiyada - Tayvan və Koreya yarımadasında təhlükəsizlik məsələlərində iştirakını artırsa, Çin narazı qala bilər. 

Pekin ABŞ-nin Atlantik və Sakit okeandakı müttəfiqlərini və tərəfdaşlarını daha sıx əlaqələr qurmağa təşviq etməsinə müqavimət göstərir.

Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə günü jurnalistlərə deyib ki, ABŞ Çinlə birbaşa əlaqə qurur:

“Biz bunu yalnız  Çin üçün deyil, regionun digər ölkələri üçün də narahatlıq mənbəyi hesab etdiyimizi açıq şəkildə bildirməliyik”, - Miller belə deyib.

Избранный
38
cebheinfo.az

1Источники