RU

Tramp, yoxsa Harris: məşhur Hollivud ulduzu kimə və niyə səs verəcək?..

 
"Amerika mənim üçün təpədə parlayan şəhərdir, ölkəmi bütün dünya üçün zibil yeşiyi adlandırmaq məndə hiddət doğurur..."
 
Məşhur Hollivud aktyoru, Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsenegger ABŞ prezidenti seçkilərində vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyini bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "X" sosial platformasında yazıb. Məlumatı "theins.ru" nəşri yayıb.
 
"Mən kiməsə dəstək verməyi o qədər də sevmirəm. Mən öz baxışlarımı bölüşməkdən utanmıram, amma mən siyasətə nifrət edirəm və əksəriyyət siyasətçilərə etimad göstərmirəm. 
 
Mən həm də anlayıram ki, insanlar məni eşitmək istəyir, çünki mən təkcə məşhur adam deyiləm, mən həm də sabiq respublikaçı qubernatoram", - o, yazıb və qeyd edib ki, dürüst siyasətçilər "opponentini təhqir etməməli, onunla işləməlidir".
 
"İcazənizlə, sizinlə səmimi olmaq istəyirəm. Hazırda partiyalardan heç biri xoşuma gəlmir", - Şvartsenegger etiraf edib və vurğulayıb ki, onun üçün Amerika "təpədə parlayan şəhərdir".
 
"Amerikanı bütün dünya üçün zibil yeşiyi adlandırmaq o qədər qeyri-vətənpərvər davranışdır ki, mən hiddətə gəlirəm. Mən ilk növbədə respublikaçı deyil, amerikalı olacağam. Məh buna görə də bu həftə Kamala Harris və Tim Valtsa səs verəcəyəm", - aktyor qeyd edib.
 
O, vurğulayıb ki, immiqrasiya məsələsi və dövlət borcu da daxil olmaqla ABŞ-da daxili problemlər onilliklər ərzində həllini tapmayıb.
 
"Sizin səsinizə hörmət etməyən namizəd, öz tərəfdarlarını Kapitoliyə hücuma göndərən və bunu pəhriz kolası ilə müşahidə edən namizəd, öz donorları və mənim kimi zəngin adamlara kömək edən, amma daha kimsəyə kömək etməyən vergilərin azaldılmasından başqa hər-hansı strategiyanın qəbul edilməsi üzərində heç bir işləmək qabiliyyəti göstərməyən namizəd bizə gərək deyil.
 
Onunla razı olmayan amerikalıları Çin, Rusiya və ya Şimali Koreyadan daha böyük düşmən hesab edən namizəd bizim problemlərimizi həll etməyəcək.  Bu, sadəcə, daha dörd il ərzində bizi daha qəzəbli, daha parçalanan və bir-birimizə daha da nifrət etməyə sövq edəcək nəticəsiz illər olacaq", - Hollivud ulduzu deyib.
 
"Amerika tarixinin bu fəslinin qapılarını bağlamalıyıq, mən bilirəm ki, Tramp bunu etməyəcək. O, bizi böləcək, təhqir edəcək, o, artıq olmadığından daha çox amerikalı olmayacaq, biz bir xalq olaraq daha böyük qəzəbdən başqa heç nəyə nail olmayacağıq.
 
Bu, mənim üçün sizin hamınızla səsimi bölüşmək üçün yetərli səbəbdir. Mən ölkəmizin irəli getməsini istəyirəm, mənim onların platforması ilə bağlı fikir ayrılığımın olmasına rəğmən, düşünürəm ki, bunu etməyin yeganə yolu Harris və Valtsı dəstəkləməkdir", - Şvartsenegger qeyd edib.
Избранный
60
50
moderator.az

10Источники