Axşamdan etibarən paytaxtın Xətai rayonunda yaşayan əhali kəskin qoxudan narahatdır.
Musavat.com xəbər verir ki, kəskin qoxu Nizami rayonunda da hiss olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Bakı şəhərinin bəzi ərazilərində yayılan qoxunun səbəbinin araşdırılması məqsədilə monitorinq qrupları yaradılıb.
"Hazırda qrup tərəfindən monitorinq və araşdırmalar aparılır", - deyə açıqlamada bildirilib.
Nigar HƏSƏNLİ,
Musavat.com