RU

Kremldən Trampın “məhv etdim” iddiasına reaksiya

ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Şimal axını" ilə bağlı son bəyanatları seçki yarışının qızğın vaxtında verilib.

Olaylar xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu seçki yarışının qızğın vaxtında qeyd edilən açıqlamaları eşidirik. Bunu anlamaq çətindir, bəlkə də sualınızı bu namizədin seçki qərargahına ünvanlamağınız məntiqlidir", - o bildirib.

Qeyd edək ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Karlsona müsahibəsində deyib ki, "Şimal axını 2" qaz kəməri layihəsini məhv edən məhz odur. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
63
24
olaylar.az

10Источники