RU

Murad Ariflə Natəvanın mahnı qırğını: “İş məhkəməyə getmədi”

Bəstəkar-müğənni Murad Arif müğənni Natavan Həbibi ilə mahnı qalmaqalından danışıb.

"Cebheinfo.az" olay-a istinadən xəbər verir ki, bu barədə o, “Hərşeyşünas” layihəsində söz açıb. 

Demə, Natavanın çəkildiyi reklam çarxında onun bəstəsi olan “Damlalar” mahnısına görə razılıq alınmayıbmış:

“Zaman-zaman bir çox insanlarla münasibətlərimin turş, ya da şirin dövrləri olub. Özü də ən super ulduzlarla. Lakin bunu heç vaxt müzakirəyə çıxarmamışam. Çünki bu şeyləri həmişə kulisdə həll etmişəm.

Mahnı reklamda ifa olundu. Bütün tələblərim də məhz şirkətlə bağlı idi. Bu əsnada fikriləşdim ki, mahnının razılığı alınıb, oxunub, reklam çəkilibsə, sənət dostumla müzakirə edəcək mövzum yoxdur. Söz və musiqi müəllifi var, nə icazə alınıb, nə ünsiyyət qurulub, nə də danışılıb. Mən şirkətlə məsələni həll etdim, anlayışla qarşıladılar.

İş məhkəməyə getmədi, astanasından qayıtdı. Sənət dostumla bağlı məsələ deyildi, bu stiuasiyada maksimal şəkildə onu qorumağa çalışdım, ünsiyyət yaratmadım. İndi ünsiyyətimiz yoxdur, amma harada görsəm, yazılan nəğmələrə, illərə xatir müsbət hisslər və emosiyalarla görüşəcəm. Başqa məqam, mənim üçün müəmma budur: necə belə ola bilir?" 

"Cebheinfo.az"

Избранный
28
cebheinfo.az

1Источники