RU

Zabrat yolunda YENİLİK: Hasarlar sökülür, səkilər tikilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Zabrat yolunda hasarlar sökülərək geri çəkilir və səkilər tikilir.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Paylaşımla bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
İrca başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ruhin Orucov Oxu.Az-a açıqlamasında faktı təsdiqlədi.
O qeyd etdi ki, Sabunçu qəsəbəsi, Şəhər şosesi küçəsində səki hissənin genişləndirilməsi və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Balaxanı Əməliyyat Şirkəti tərəfindən mövcud hasar geri çəkilir.
"Sözügedən hasarın suvanması və rənglənməsi də nəzərdə tutulub. Qeyd edim ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı şəhərinin digər rayonlarında olduğu kimi Sabunçu rayonunda da geniş abadlıq işləri aparılır. Rayon ərazisində COP29 marşrutu üzrə mövcud olan küçələrdə yol kənarlarında ümumi görünüşə xələl gətirən primitiv formalı obyektlərin və hasarların abadlaşdırılması ilə bağlı işlər davam etdirilir", - deyə R.Orucov bildirib.
Əzizə İsmayılova
Избранный
75
21
oxu.az

10Источники