RU

"Total"ın milyardlarla dolları Rusiya hesablarında ilişib qalıb

Fransanın "TotalEnergies" şirkəti Rusiyadan təxminən 1,5-2 milyard dolları vəsaiiyi çıxara bilmir.

Valyuta.az xəbər verir ki, bu barədə "Total"ın rəhbəri Patrik Pouyanne açıqlama verib.

Onun sözlərinə görə, Fransa şirkətinin vəsaitlərinin böyük hissəsi NOVATEK-in nizamnamə kapitalı hesablarında ilişib qalıb. Qeyd olunur ki, vəsaitlər "TotalEnergies" tərəfindən dividend kimi alınır.

Pouyanne əlavə edib  ki, NOVATEK əslində bu vəsaitləri şirkət üçün öz hesabında saxlayır.

Sentyabrın 18-də bildirilib ki, Hindistan neft şirkətlərinin son bir ildə Rusiyada ilişib qalan dividendlərinin məbləği 600 milyon dollardan 900 milyon dollara yüksəlib. Söhbət "ONGC Videsh", "Oil India", "Indian Oil Corporation" və "Bharat Petroleum Corporation"ın bir bölməsinin Rusiya neftinin kəşfiyyatı və hasilatı layihələrində iştirakından əldə olunan dividendlərdən gedir, sanksiyalara görə Rusiya Federasiyasındakı bank hesablarında ilişib qalıb.

İndi bu puldan istifadə etmək variantlarından biri Rusiyaya investisiyaların artırılmasıdır. Bununla belə, hazırda Hindistanın neft şirkətləri Rusiya Federasiyasında layihələrə investisiyaları artırmağı planlaşdırmırlar.

Paşa Məmmədli
 

Избранный
58
valyuta.az

1Источники