Azərbaycanda isitmə, soyutma, havalandırma, su təchizatı sistemlərinin satışı və quraşdırılmasını həyata keçirən "İstek Group" şirkəti barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Hüseyn