İsrail ordusu İranın mümkün hava hücumlarına ən yüksək səviyyədə hazırdır.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadla CNN məlumat yayıb.
Telekanal İsrailin oktyabrın 26-da həyata keçirdiyi hava hücumlarına İrandan cavab gözlədiyini bildirib.
“İsrailin hücumları Tehran üçün dilemma yaradıb. Çünki İsrailin hər cavab hücumu İranın müdafiə qabiliyyətini zəiflədir”, - mənbə CNN-ə deyib.
Tehran İsrail Hərbi Hava Qüvvələrinin İran ərazisinə hücumundan sonra yəhudi dövlətini cavab tədbirləri ilə hədələyib.