ABŞ müharibədən öncə Zelenskiyə video-vəsiyyət yazmağı tövsiyə edib
ABŞ müharibə başlamazdan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskiyə video-vəsiyyət yazmağı tövsiyə edib. Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın TSN telekanalına müsahibəsində Ukraynanın Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kuleba bildirib. O, Ağ Evin istəklərini izah edib: “Müharibə ərəfəsində Birləşmiş Ştatlar Ukraynanın uduzacağına əmin idi”.