RU

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - hisslərinizi cilovlayın, emosiyalarınıza nəzarət edin. İdeyalarınız istədiyiniz kimi yaxşı deyil və gözləntilərinizə cavab vermir. Ehtiyatı əldən verməyin. Tələsik davransanız, problemlər yaranacaq. Onları isə həftənin sonunadək çözmək məcburiyyətində qalacaqsınız.

Buğa - peşəkar fəaliyyət müstəvisində asanlıqla uğur qazana bilərsiniz. İş yerində rəhbərlik məqsədyönlü fəaliyyətinizi sezəcək. Nüfuzlu insanlardan dəstək ala bilərsiniz. Kiçik səhvlərin fəsadlarını aradan qaldırmaq olar. Ciddi yanlışlıqlara yol verməyin.

Əkizlər - yaşamın bir çox sahələrində müsbət dəyişikliklər olacaq. Təşəbbüskar olmaqdan çəkinməyin. Məhz aktivliyiniz sayəsində məqsədə çata bilərsiniz.

Xərçəng - çox məhsuldar zamandır. Rutin, yeknəsək işlərin görülməsinə də yaradıcı yanaşın. Belədə ətrafınızdakılarla müqayisədə problemləri daha keyfiyyətli və sürətli şəkildə həll edə biləcəksiniz. İşgüzar tanışlıq asanlıqla baş tutacaq. Təmaslar faydalı olacaq.

Şir - asan, əlverişli zamandır. Yarımçıq işləri başa vurun. İstirahət və əyləncələri təxirə salın. Həddən arıtq çətin işləri birlikdə yerinə yetirmək gərəkdir.

Qız - eyni vaxtda bir neçə mürəkkəb işin öhdəsindən gəlməli olacaqsınız. Yardım təklifi gələndə isə işlərin ən ağır, çətin mərhələsi artıq geridə qalmış olacaq. Qıcıqlı, əsəbi olmayın. Təmkinli davranın. Sizi nə kimi hisslərin çulğaladığını yalnız ən yaxın adamlarınız bilməlidir.

Tərəzi - əlverişli, parlaq, yaddaqalan gündür. Yeni işlər və sifarişlər maraqlıdır. Qarşılaşacağınız insanlar sizdə rəğbət hissi yaradacaq. İdeyalarınızı ətrafınızdakı insanlar dəstəkləyəcəklər. Bilin ki, ən cəsarətli niyyət və planlarınızı reallaşdıra bilərsiniz.

Əqrəb - gərgin, məşəqqətli zamandır. Çox iş görməli olacaqsınız. Özü də bu işi bölüşməyə bir kəs yoxdur. Dostlar və tanışlar öz işləri ilə məşğuldurlar. Çətinliklər, problemlərlə baş-başa qalıbsınız. Maliyyə çətinlikləri istisna deyil.

Oxatan - günün ilk yarısında baş verən hadisələr sizi sevindirəcək. Peşəkar fəaliyyət sahəsində ciddi uğurlara nail olacaqsınız. Adi günlərdən fərqli olaraq daha qətiyyətli olun. Əlverişli şəraitdən yararlanmağa çalışın.

Oğlaq - yaxın ətrafınızdakı insanlarla münasibətləriniz asan və rəvan olmayacaq. Sizi anlamırlar, sərt tənqid edirlər. Dalana dirəndiyinizi düşünməyin. Mövqelərinizi sərt müdafiə edin. Aqressiv olmayın. Əks təqdirdə neqativ cavab reaksiyası ilə qarşılaşacaqsınız.

Dolça - ünsiyyət üçün əlverişli zamandır. Çoxdan bəri, yaxşı tanıdığınız insanları maraqlandıran məsələləri anlamağa çalışın. Yeni tanışlarla sayıq davranın. Qayığkeşliyiniz ətrafınızdakı insanları laqeyd qoymayacaq. İdeyalarınız maraqla qarşılanacaq.

Balıqlar - günün ilk yarısında tək qalmağınız məsləhətdir. Yaxın ətrafınızdakı insanların sizə diqqəti çox olsa da, buna fikir verməyərək müstəqil çalışın. Son vaxtlar çətinliklərlə qarşılaşaraq məğlubiyyətlərə düçar olubsunuzsa, qətiyyətlə davranın. Geri çəkilməyin, irəliləyin.

Избранный
67
mia.az

1Источники