Yağış zamanı hasarı uçan məktəblə bağlı RƏSMİ AÇIQLAMA
19-22 oktyabr tarixlərində yağan intensiv yağışlar səbəbindən təhsil müəssisələrində yaranmış fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.1news.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. "O cümlədən 123 nömrəli tam orta məktəbdə hasarın bərpa işləri həyata keçirilir. 269 nömrəli tam orta məktəbin həyətyanı divarının bərpası üçün hazırlıq və planlama işləri yekunlaşdırılaraq bu gün hasarın inşasına başlanacaq", - deyə əlavə edilib. Xatırladaq ki, davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçmuşdu.