RU

“Fasilədən sonra ev oyunlarımızı Buzovnada keçirə biləcəyik” – “Baku Sportinq” bu tarixi gözləyir

1-ci liqa təmsilçisi “Baku Sportinq”in ev oyunlarını keçirdiyi Buzovna stadionu bir müddət öncə təmirə bağlanmışdı. İşlər yenicə bitmişdi ki, güclü yağışlar qazonu korladı. Bu üzdən 6-cı turdakı "Qaradağ Lökbatan"la matçın yeri dəyişdirildi.

Görəsən, komanda nə vaxta qədər Buzovna stadionunda çıxış edə bilməyəcək?

“Baku Sportinq”in mətbuat xidmətinin rəhbəri Araz Əhmədovun “Football-plus.az”a cavabı:

"Qəbələ" ilə səfərdə kubok oyunumuz oldi. Növbəti matçımız "Mingəçevir"lə noyabrın 6-8-i arası yenə səfərdədi. Ondan sonra isə milli fasilədi. Daha sonra hər şey hazır olacaq. Fasilədən sonra ev oyunlarımızı Buzovnada keçirə biləcəyik. Sifariş ərizəmizdə olan Binə qəsəbə stadionu da həmin vaxta qədər hazır olacaq”.

RÖYANƏ OĞUZ

Избранный
65
football-plus.az

1Источники