RU

Ukraynanın sabiq XİN rəhbəri bunları ilk dəfə açıqladı- qərbli tərəfdaşlarımız Zelenskiyə vəsiyyətini yazmasını təklif etdilər...

Image

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan əvvəl Qərbdə düşünürdülər ki, Ukraynanın hazırkı hökuməti ölkə ərazisini qoruyub saxlaya bilməyəcək və hökumətin yenilənməsi lazım olacaq. Bunu Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba deyib.

Kulebanın dediyinə görə, yüksək rütbəli amerikalı bir məmur Rusiyanın Ukraynaya hücumundan əvvəl, hazırkı hökumətin Ukrayna ərazisinin yalnız kiçik bir hissəsini qoruyub saxlaya biləcəyini deyib. Onun sözlərinə görə, bu, sadəcə Amerikanın deyil, həm də bütün tərəfdaş ölkələrin vahid mövqeyi idi.

“Varşavada olanda başqa bir şəxs mənə zəng edib dedi: Ukraynaya getmə, səni orada öldürəcəklər, Ukraynaya mübarizəni davam etdirmək üçün sənin səsin lazımdır, sən bütün dünyanı gəzəcəksən və ölkələri Ukraynanı dəstəkləməyə çağıracaqsan. Mən ona evə qayıdacağımı deyəndə, qərbli siyasətçilərdən biri mənə hər ehtimala qarşı Ukrayna prezidenti Zelenskinin video vəsiyyət hazırlamasını təklif etdi”, – deyə Kuleba bildirib.

TAHİR





Избранный
28
baki-xeber.com

1Источники