RU

Sabah komandası uduzsa, baş məşqçi postundan istefa verəcək - SON DƏQİQƏ

Sabah Premyer Liqada 12-ci tura yekun vurulacaq.

Premyer Liqanın son sıralarında yer alan «Kəpəz»lə «Səbail» Tovuzda üz-üzə gələcək.

Bu qarşılaşma Şahin Diniyev üçün sonuncu ola bilər.

2022-ci ilin dekabrından üzü bəri «dənizçilər»i çalışdıran mütəxəssis Gəncə təmsilçisinə də məğlub olacaqları təqdirdə iş yerindən gedəcəyini bildirib. O, məhz «sarı-göylər»lə dueldən sonra istefa verəcəyini söyləyib.

«Səbail» rəhbərliyi ilə Şahin Diniyev arasında toplantı keçirilib. İcraçı direktor Firuz Abdulla ilə baş məşqçinin görüşü gərgin keçib.

«Dənizçilər»in aparıcı funksioneri çalışdırıcı ilə kifayət qədər açıq danışıb, «Xəzər Dəniz Gəmçiliyi»nin və klubun İdarə Heyətinin sədri Rauf Vəliyevin komandanın çıxışından narazılığını onun diqqətinə çatdırıb.

O bildirib ki, sponsor şəxs yaradılan şəraitin qarşılığında bu cür nəticələri qəbul etmir və turnir cədvəlinin 9-cu pilləsində olmağı «Səbail»ə yaraşdırmır.

İcraçı direktor Diniyevdən uğursuz göstəricələrin səbəblərinə dair hesabat istəyib, diqqətə çatdırıb ki, son vaxtlar əksər futbolçular ondan şikayətçidir.

F.Abdulla qeyd edib ki, bu cür gedişat qəbulolunmazdır və vəziyyət dəyişməzsə, adekvat addımlar atılacaq.

SPORTİNFO.AZ

Избранный
25
2
sportinfo.az

5Источники