RU

Türkiyədən rusların naməlum virusla bağlı şikayətləri ilə maraqlanıb

Rospotrebnadzor Türkiyənin Belek şəhərindən olan rusların naməlum virusla bağlı kütləvi şikayətləri ilə maraqlanıb. İdarə bu məsələləri nəzarətə götürüb və Türkiyə Səhiyyə Nazirliyindən məlumat istəyib.

Bu barədə Rospotrebnadzor məlumat yayıb.

“Rospotrebnadzor Türkiyə Respublikası Səhiyyə Nazirliyindən rusiyalı turistlərin naməlum virusla bağlı şikayətləri ilə bağlı məlumat tələb edib”, – deyə idarənin açıqlamasında bildirilir.

Rusiyanın Antalyadakı Baş Konsulluğu daha əvvəl turistlər arasında bir sıra virusa yoluxma hallarını açıqlamışdı . Yerli ekspertlərin fikrincə, xəstələnmənin kütləvi yayılması yoxdur.

DOĞRU.AZ

Избранный
64
dogru.az

1Источники