RU

19 yaşlı gənc həyatını İTİRDİ


Türkiyənin Sarıyer rayonunda dəhşətli partlayış baş verib. Elektrikli velosipedin akkumulyatorunun bomba kimi partlaması nəticəsində bir gənc dünyasını dəyişib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, oktyabrın 24-ü 19 yaşlı Mehmet Gökay Odabaş elektrikli velosipedi ilə ətrafda dolaşdıqdan sonra evə qayıdıb.

Qayıtdan sonra velosipedini elektrik enerjisinə taxıb. Səhər saatlarında dolan akkumulyator qəfildən partlayıb.

Bu zaman yatan Odabaş qatı tüstüyə məruz qalaraq huşunu itirib. O, sağlamlıq qruplarının müdaxiləsindən sonra təcili yardımla xəstəxanaya aparılıb.

Təxminən bir həftə reanimasiyada qalan Odabaş bütün müdaxilələrə baxmayaraq ötən gün dünyasını dəyişib.

Onun orqanları ailəsi tərəfindən bağışlanıb.



Избранный
6
2
news24.az

3Источники