RU

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - sonsuz söhbətlər, müzakirələrdən qaçın. Belə təmaslar mənasızdır və heç bir xeyir verməyəcək. Tanışların şirin vədlərinə inanmayın. Kiçik maliyyə itkiləri ola bilər. Gəlir verəcəyinizi düşündüyünüz anlaşma və ya sövdələşmə yarımçıq qalacaq.

Buğa - nikbin olun, qüvvənizə güvənin. Əhəmiyyətli irəliləyişə nail olmaq, bədxahları üstələmək, yaxşı gəlir əldə etmək mümkündür. Əsas məsələ yaxın ətrafınızdakı insanlara tələbkar olmaqla yanaşı özünüzün də aktiv çalışmağınızdır.

Əkizlər - qarşınıza qoyduğunuz məsələlər çətin olsa da, maraqlıdır. Onları həll edəndə faydalı təcrübə əldə etməklə yanaşı, maraqlı tanışlıqlara nail olacaqsınız. Seminar və ya konfransa varsa, qatılın. İdeyalarınız çoxlarını maraqlandıra bilər.

Xərçəng - yeniliklərlə ehtyiatlı olun.Yeni iş və ya layihə üçün əlverişli zaman deyil. Sizə yardım və dəstək vəd edən insanlar sözlərinin üstündə durmayacaqlar. Ən mürəkkəb anda, əlverişsiz şəraitdə reallaşdırılmış ideyalarla baş-başa qala bilərsiniz. Tərəfdaş və ya həmkarlardan biri yalançı çıxacaq, vədinə əməl etməyəcək.

Şir - kölgəyə çəkilin. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla kəskin mübahisələr etməyin. Önəmli məsələlərin müzakirəsini təxirə salın. Rutin, adi işlərlə məşğul olun.

Qız - asan gün deyil. İstənilən məqsədə çatmaq üçün adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Bütün sədləri dəf etmək üçün enerjiniz yetərincədir.

Tərəzi - heç bir səbəb və zərurət olmadan problemlər yaratmayın. Yeni layihələrə ehtiyatla başlayın. Köhnə müttəfiqlərin sizi dəstəkləməyə hazır olduqlarını biləndən sonra işi aktivləşdirin. Kiçik xərclər istisna deyil.

Əqrəb - inadla çalışın. Bir qədər əvvəl başladığınız, amma müəyyən səbəblərdən yarımçıq qoyduğunuz işləri bitirin. Uğurlara nail ola bilərsiniz. Əsla tənbəllik etməyin, vaxtınızı boş işlərə sərf etiməyin. Yorğunluq hiss etsəniz belə, irəliəyin.

Oxatan - tələskənliyə yol verməyin, vurnuxmaya qatılmayın. Başladığınız işləri yarımçıq qoymayın. Bütün çətinliklər və problemlərə rəğmən onları bitirin. Planlaşdırılmış alış-verişlə kifayətlənin. Spontan xərclərə yol verməyin. Gəlirlər çox olsa da, bədxərc olmayın.

Oğlaq - ətrafınızdakı insanlar üçün əvəzolunmaz yardımçı və qiymətsiz müttəfiq ola bilərsiniz. Çətin xasiyyəti olan, tərəfdaşları uzun müddətdə və ciddi seçən insanlarla münasibətləri normallaşdırın. Bilik və bacarıqlarınızı artırın.

Dolça - kiçik anlaşılmazlıqlar istisna deyil. Yaranan problemlər çoxdan bəri həyata keçirməyə çalışdığınız məsələləri reallaşdırmağa mane olacaq. Yeni tərəfdaşlarla məhsuldar əməkdaşlığa başlayın.

Balıqlar - yalnız gücünüz çatacaq, imkanlarınızın çərçivəsini keçməyən işlərə başlayın. Belə olarsa, problemlərin öhdəsindən tezliklə gələ bilərsiniz. Problemlərlə qarşılaşanda tanışlar və ya tərəfdaşlara müraciət etmək olar. Birgə fəaliyyət taktikası yetərincə effektivdir.

Избранный
112
mia.az

1Источники