RU

FHN-in kişilərdən ibarət voleybol komandası ölkə kubokunun finalına yüksəlib

Bakı. Trend:

Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində AzərbaycanVoleybol Federasiyasının təşkilatçılığı ilə kişi voleybolçulararasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkilolunan ölkə kubokunun yarımfinal qarşılaşması baş tutub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, ölkə kubokunda Bqrupunda yer alaraq yarımfinala vəsiqə qazanan FHN-i təmsil edənkişilərdən ibarət “Xilasedici” voleybol komandası yarımfinalgörüşündə "Neftçi" komandasını 3:1 hesabı ilə məğlub edərək finalayüksəlib.

Final görüşü isə 4 noyabr 2024-cü il tarixində GİN-in VoleybolMərkəzində "Xilasedici" - "Azerrail" voleybol komandaları arasındabaş tutacaq.

Qeyd edək ki, "Xilasedici" voleybol komandası bundan öncə "MurovAZ Terminal" və "MOİK" komandalarını məğlub edib.

Избранный
51
3
az.trend.az

10Источники