RU

COP29-dan sonra metrodakı tibb məntəqələrinin taleyinə aydınlıq gətirilib

COP29 tədbiri keçirilən zaman əhalinin tibbi xidmətə təminatını təşkil etmək üçün bir neçə yerdə tibb məntəqələri yaradılacaq.

Bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov deyib.00:11

O bildirib ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində “Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metro stansiyalarında tibb məntəqələri təşkil ediləcək. Həmçinin “MIDA” Yaşayış Kompleksində yeni tibb məntəqəsinin yaradılması planlaşdırılır.

Bəs metroda yaradılan tibb məntəqələri COP29-dan sonra da fəaliyyətini davam etdirəcək?

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, bu məsələ TƏBİB-in səlahiyyətindədir. Lakin TƏBİB hələlik məsələyə münasibət bildirməyib.

Избранный
3
1
news365.az

2Источники