RU

Çində az tanınan göbələk virusu ilk dəfə insan qanına düşüb

Çinin Fudan Universitetinin alimləri ilk dəfə olaraq az tanınan “Sporopachydermia lactativora” göbələyinin yaratdığı sistem infeksiyası hadisəsini qeydə alıblar.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “PCR.News” portalı xəbər yayıb.

Sistemli göbələk infeksiyaları nadirdir və adətən xəstəxanaya yerləşdirilən immun çatışmazlığı olan xəstələrə təsir göstərir. Çox vaxt infeksiyalara “Saccharomyces”, “Candida” və “Pityrosporum” siniflərinin maya göbələkləri səbəb olur.

Yeni araşdırmada həkimlər “Sporopachydermia lactativora”nın səbəb olduğu sistemli infeksiya hadisəsi barədə məlumat verdilər. Əvvəllər onlar Arktika dəniz suyundan, camış nəcisindən və membran filtrlərindən təcrid olunmuşdular. Ancaq xəstəxanalarda onlar olduqca nadirdir. Əvvəllər bu göbələklə yalnız bir yoluxma halı məlum idi.

Ağır bədxassəli qan xəstəliyi olan 37 yaşlı qadında sistemli infeksiya aşkarlanıb. Kimyəvi terapiya seansından bir neçə gün sonra onun hərarəti yüksəlib. Qanda “Sporopachydermia lactativora” göbələyi aşkar edilib. O, üç günlük müalicədən sonra infeksiyadan sağalıb.

Müəyyən edilmiş göbələk bədənin müxtəlif toxumalarını yoluxdura bilər və virulentlik baxımından təhlükəli “Candida auris” göbələyi ilə müqayisə edilə bilər. Ola bilsin, qadını yoluxduran göbələk insanların fürsətçi patogeninə çevrilsin, yəni immun sistemi zəiflədikdə infeksiyalara səbəb olsun. Buna görə də xəstəxana şəraitində buna etinasız yanaşmaq olmaz.

Избранный
38
7
nocomment.az

8Источники