RU

Mərkəzi Bankın iqtisadi artım gözləntiləri

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında ölkədə iqtisadi artımın 2024-cü ildə 3,9 faiz, 2025-ci ildə isə 3,3 faiz olacağının gözlənildiyini bildirib. Eyni zamanda, qeyri–neft–qaz sektorunda bu il 6,5 faiz, gələn il isə 5,1 faiz artım ptoqnozlaşdırıldığı vurğulayıb.

T.Kazımov ölkədə inflyasiyanın güclənməsini xarici ticarət tərəfdaşları ölkələrində inflyasiya templərinin yüksək olması, azalmanı isə manatın nominal effektiv məzənnəsinin artması ilə əlaqələndirib.

O, rəhbərlik etdiyi qurumun illik inflyasiya proqnozuna düzəliş etdiyini xatırladaraq cari il üçün inflyasiya proqnuzunun 0,3 faiz azaldılması ilə 5,1 faiz, gələn il üçün isə inflyasiya proqnozunu 0,3 faiz artırılması ilə 5,8 faizə çatdırıldığını vurğulayıb.

Избранный
54
xalqqazeti.az

1Источники