“Red Bull” komandasının 27 yaşlı hollandiyalı pilotu, üçqat “Formula 1” çempionu Maks Ferstappen “Kral Yarışları”nda liderlik günlərinin sayına görə, əfsanəvi yeddiqat “Formula 1” qalibi Mixael Şumaxeri keçib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Şumaxer 2000-ci illərin əvvəllərində İtaliyanın “Ferrari” komandası ilə 896 gün “Formula 1” sürücülərinin reytinq cədvəlinə rəhbərlik edib. Ferstappen isə 2021-ci ildən bəri ardıcıl üç dəfə “Formula 1” çempionu olub və 2022-ci ildə İspaniya Qran Prisindəki qələbəsindən sonra 897 gün turnir cədvəlində liderliyi əlində saxlayıb.