“Hizbullah” bir gündə Livandan İsrailə 100-ə yaxın raket atdı
“Hizbullah” döyüşçüləri günün əvvəlindən Livandan İsrailə təxminən 100-ə yaxın raket atıb. Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. Mətbuat xidməti bu məlumatın yerli vaxtla saat 15:00-a (Bakı vaxtı ilə saat 17:00-a) aid olduğunu bildirib.