RU

“Neftçi”nin baş məşqçisi AFFA-nın vitse-prezidentinə elə cavab verdi ki… VİDEO

“Neftçi”nin baş məşqçisi Samir Abasov AFFA-nın vitse-prezidenti Balakişi Qasımova cavab verib.

Sportinfo.az xəbər verir ki, B.Qasımov bu günlərdə sports.az saytına verdiyi müsahibədə Azərbaycan futbolunun hazırkı durumda olmasına görə veteran futbolçuların da günahının olduğunu deyib. O bildirib:

“Mənə elə gəlir ki, futbolumuzun hazırkı vəziyyətində təkcə futbol məmurlarının deyil, həm də veteran futbolçularımızın, jurnalistlərin və futbol ictimaiyyətinin digər nümayəndələrinin də payı var.

Bu, əlbəttə, hamıya yox, çoxlarına aiddir. Buna görə də konkret adlar çəkərək günahkar axtarmaq əvəzinə, diqqətimizi bundan sonra eyni səhvlərə yol verməməyə yönəltməyi təklif edirəm”.

Premyer Liqanın 12-ci turunun “Araz Naxçıvan”a qarşı keçirilən matçından sonra Samir Abasova bununla bağlı sual ünvanlanıb. Baş məşqçi buna cavab olaraq bildirib:

“O, məni yox, məndən yaşlıları deyir. Yüz faiz”.

Избранный
20
2
sportinfo.az

3Источники