RU

Mahir Emreli “Nürnberq”i məğlubiyyətdən xilas etdi

Azərbaycan millisinin hücumçusu Mahir Emreli 2-ci Bundesliqada formasını geyindiyi “Nürnberq”də növbəti dəfə fərqlənib.

Msport.az xəbər verir ki, forvard XI turda “Hamburq”la qarşılaşmanın 63-cü dəqiqəsində rəqib qapısına yol tapıb.

27 yaşlı futbolçu komanda yoldaşı Robin Knoxenin ötürməsini qola çevirməyi bacarıb. Məhz Mahirin qolu 15-ci dəqiqədə hesabda geri düşən Nürnberq təmsilçisini məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, “Hamburq” – “Nürnberq” görüşü 1:1 hesabı ilə yekunlaşıb.

Избранный
33
10
msport.az

10Источники