Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Hamburq"un qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Mahir Emreli də bu matçın iştirakçısı olub. 27 yaşlı forvard oyuna start heyətində başlayıb və 68-ci dəqiqədə əvəzlənib. Mahir komandasının yeganə qolunun müəllifi olub.
Xallarını 17-yə yüksəldən "Nürnberq" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi