Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Nürnberq”də növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, hücumçu II Bundesliqada XI turda “Hamburq”la matçda iştirak edib. Emreli komandasının 1:1 hesablı heç-heçə etdiyi görüşdə yeganə qolun müəllifi olub.
Mahir bununla da ardıcıl 4-cü oyunda fərqlənməyi bacarıb.
“Nürnberq” 11 turdan sonra 17 xalla 6-cı sıradadır.