RU

ABŞ-da erkən səs verənlərin sayı rekord səviyyəyə çatdı

"78 milyondan çox ABŞ vətəndaşı prezident seçkilərində erkən səs verib"

Valyuta.az TASS-a istinadla xəbər verir bu barədə Florida Dövlət Universitetinin hesabatında qeyd olunub. Hesabata görə, 42,6 milyondan çox insan seçki məntəqələrinə gedib, təxminən 35,3 milyon insan isə poçt vasitəsilə səs verib.

Məlumatda həmçinin əks olunub ki, ABŞ-da qeydiyyatdan keçmiş seçicilərin ümumi sayı təxminən 168 milyon təşkil edir. Ən yüksək seçici fəallığı Texas (8,9 milyon səs), Florida (8,1 milyon), Kaliforniya (7,6 milyon), Şimali Karolina (4,4 milyon) və Corciyada (4 milyon) qeydə alınıb.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. ABŞ prezidenti postu uğrunda Demokratlar partiyasından Kamala Harris və Respublikaçılar partiyasından Donald Tramp mübarizə aparacaq.

Rəhim

Избранный
54
valyuta.az

1Источники