RU

Bakıda 27 il əvvəl qətl törədən şəxs hökmdən narazıdır

Bakıda 27 il əvvəl törədilmiş qətlə görə təqsirləndirilən Kərim Kərimlinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 5-nə təyin edilib.

 

Şikayət hakim Zamin İbrahimovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il azadlıqdan məhrum edilib.

 

Qeyd: 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə prokurorluq, daxili işlər orqanları və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Kərim Kərimli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilib ki, Kərim Kərimli aralarında yaranmış mübahisə zəminində Zoyaxanım Rzayevanı xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Kərim Kərimliyə 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

 

Tarix: 4 Noyabr 2024, 09:11   
Избранный
29
pravda.az

1Источники