RU

3 yaşlı oğlan şahmat tarixinə düşdü

Hindistanlı Aniş Sarkar 3 yaş 8 aylıq müddətdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqinə daxil olaraq dünyanın ən gənc şahmatçısı olub.

Publika.az xəbər verir ki, Sarkar 2021-ci ilin yanvarında anadan olub. Azyaşlı oğlan ötən ildən şahmat oynamağa başlayıb. 2024-cü ilin oktyabrında U-9 yaş kateqoriyasında Qərbi Benqal Dövlət Açıq Çempionatında debüt edib. Aniş iki rəqibinə qalib gələrək 24-cü yeri tutub.

Sarkar U-13 yaş kateqoriyasında ölkə çempionatında çıxış edərək FİDE tərəfindən reytinq siyahıya daxil edilib. Aniş klassik şahmatda 1555-ci yerdədir.

Bundan əvvəlki rekordçu Banqladeşdən olan 4 yaşlı şahmatçı Afnana Taivara Ailana idi.

Sarkarın məşqçisi, beynəlxalq qrossmeyster Dibyendu Baruah dünyanın ən gənc şahmatçısı haqda danışıb: “Uşağın böyük potensialı var, lakin onu hələ çox məşq gözləyir. Onu hər gün 7-8 saat məşq etdiyi xüsusi qrupa daxil etmişik".

Избранный
28
publika.az

1Источники