İspaniya kralı VI Filip Valensiya əyalətində Paiporto şəhərində daşqınlardan zərər çəkən insanlardan danışıb.
KONKRET.az xəbər verir ki, kral yerli sakinlərin qəzəbini başa düşdüyünü bildirib. Bununla bağlı İspaniya kralının “X” sosial hesabında məlumat verilib. VI Filipp insanlarda ümid aşılamaq, yaranan fövqəladə halları həll etmək üçün dövlətin hərəkətə keçdiyini bildirib. Bundan əvvəl kral və kraliça Valensiyada daşqınlardan ən çox zərər çəkən yaşayış məntəqələrinə baş çəkiblər.
Vəli Həsənoğlu,
KONKRET.az