RU

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu

Rusiya-Ukrayna müharibəsində Lənkərandan olan həmyerlimiz ölüb.

Turkustan.az xəbər verir ki, əslən Lənkəran rayon Separadi kəndindən olan Rusiya vətəndaşı 52 yaşlı Zöhrab Əbülhəsən oğlu Əzimov Rusiya-Ukrayna müharibəsində öldürülüb.

Məlumata görə, Z.Əzimov bir neçə ay bundan əvvəl döyüşlərə qatılıb və bir çox şəhərlərdə döyüşüb.

O, Rusiya-Ukrayna sərhədində, Belqorod şəhəri istiqamətində gedən döyüşlərdə aldığı güllə yarasından ölüb.

Qeyd edək ki, Z.Əzimov ailəli və qız atası olub./Lent.az/

Избранный
26
2
turkustan.az

10Источники