RU

İngiltərədə həkimlər "ölüm kalkulyatoru"ndanistifadə edəcəklər

İngiltərədə həkimlər xəstələrin ölüm tarixini hesablamaq üçün süni intellekt (AI) ilə işləyən "ölüm kalkulyatoru"ndan istifadə etməyə başlayacaqlar.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Yeni proqram elektrokardioqramma (EKQ) nəticələrinə əsasən, gizli sağlamlıq problemlərini tapa biləcək. Qeyd olunub ki, “ölüm kalkulyatoru” EKQ-dən sonra 10 il ərzində xəstənin ölüm riskini 78 faiz ehtimalla müəyyən edə bilir.

Texnologiyanın ilk tədqiqi üçün London xəstəxanalarında bir neçə yüz adam seçilib. Gələcəkdə bu say artırılacaq.

Belə ki, proqram aritmiya və ürək çatışmazlığı əlamətlərini tam təzahür etməzdən əvvəl müəyyən etmək üçün EKQ nəticələrini oxuyur, bundan sonra xəstənin risk səviyyəsinə əsaslanaraq illər üzrə təxmini rəqəm təqdim edir.

Sevinc İBRAHİMZADƏ

Избранный
38
redaktor.az

1Источники