İsrail BMT Baş Assambleyasının prezidenti Filemon Yanqa BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi ilə əməkdaşlığı dayandırdığını bildirib.
Azadmedia.az xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon açıqlayıb.
Belə ki, “Qəzzadakı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi HƏMAS-ın nəzarətindədir. İsrail humanitar təşkilatlarla əməkdaşlığı davam etdirəcək, lakin İsrailə qarşı terroru təşviq edən təşkilatlarla deyil”, - deyə o, bildirib.