RU

Mahir Emrelidən azarkeşlərə alman dilində müraciət

"Nürnberq"də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqada "Hamburq"la heç-heçə etdikləri XI turun matçından sonra komandasının azarkeşlərinə müraciət ünvanlayıb.

Sportnet.az xəbər verir ki, 27 yaşlı hücumçu instaqram hesabında almanca paylaşım edib.

Sözügedən qarşılaşmada fərqlənən forvard fanatlara təşəkkür edib: "Sizi daha da sevindirmək üçün qələbə qazansaydıq, şad olardıq. İndi diqqətimiz növbəti oyunadır. Mən komanda ilə fəxr edirəm".

Qeyd edək ki, "Hamburq" - "Nürnberq" qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. "Nürnberq" XII turda noyabrın 8-də “Kayzerslautern”lə üz-üzə gələcək.


Избранный
19
4
sportnet.az

5Источники